“Ganjlik Mall”da həyəcan siqnalı işə düşüb
Bakıdakı “Ganjlik Mall”da insanlar arasında çaxnaşma düşüb.
“Report” xəbər verir ki, buna səbəb ticarət mərkəzində həyəcan siqnalının işə düşməsi olub.
“Ganjlik Mall”dan “Report”a bildirilib ki, işıqlar söndüyündən siqnal işə düşüb: “Proses 5-10 dəqiqə davam edib və hazırda məsələ həll olunub. Mall-ın içərisindən kimsə təxliyə olunmayıb. İşıqların sönməsi isə texniki səbəbdən baş verib”.