Sosial şəbəkədə biz:

Rumıniya azərbaycanlı oliqarxın şirkətini çirkli pul yumaqda ittiham etdi

Rumıniya prokurorluğu “LUKoyl”-un törəmə şirkətini dələduzluq və çirkli pulların yuyulmasında ittiham edib. APA-nın “Gazeta.ru”-ya istinadən xəbərinə görə, bu barədə Rumıniya Maliyyə Nazirliyinin açıqlamasında bildirilir. Bloomberg agentliyinin məlumatına görə, prokurorluq “LUKoyl”- qarşı 1,77 milyard dollar məbləğində dələduzluq ittihamı irəli sürüb. Qeyd edək ki, bundan əvvəl “LUKoyl” Rumıniyadakı aktivlərinin ətrafında yaranan münaqişəni nizamlamaq üçün Avropa Komissiyasına müraciət etmişdi. Onu da qeyd edək ki, “LUKoyl”-un prezidenti həmyerlimiz Vahid Ələkbərovdur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol