Sosial şəbəkədə biz:

Azərbaycanlı modelin yaxta gəzintisində faciəvi sonu - Foto

29 June 2017, 14:16
Gündəm
Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib. 1news.az-ın xəbərinə görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: “Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir. Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir”.