Sosial şəbəkədə biz:

"Apple" mobil rabitə operatoruna çevrilir

"Apple" korporasiyası virtual mobil rabitə operatoruna (MVNO) çevriləcək və müvafiq xidmətlər göstərməyə başlayacaq. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. Şirkətin şəxsi mobil infrastrukturu olmadığından, servisləri digər operatorların şəbəkələrində işə salacaq. Məlumata əsasən, "Apple" AT&T və ya "Sprint" mobil rabitə operatorları ilə müqavilə bağlamağı planlaşdırır. Yeni operator bazara 5 il ərzində çıxa bilər. 2015-ci ilin aprel ayında analoji layihəni "Google" şirkəti işə salıb. O, ABŞ-ın "Sprint", "T-Mobile" operatorlarının şəbəkələrindən, eləcə də WiFi-dan istifadə edir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol