Sosial şəbəkədə biz:

Türkiyədə məşhur orkestrin çıxışı zamanı səhnəyə… it çıxdı

01 July 2017, 12:02
Gündəm
Bütün dünyada məşhur Vyana kamera orkestrinin Türkiyədə çıxışı zamanı kuryoz hadisə yaşanıb. Efes şəhərində təşkil olunan konsert zamanı qəfildən səhnəyə labrador cinsindən olan it çıxıb. Azaraq yolunu itirən heyvan dirijorun qarşısında dayanıb. İrəli, ya geri getmək qərarını verə bilməyib bir müddət səhnədə vurnuxan it sonda skripkaçının qarşısında əyləşib. Videoni özünün “Twitter” mikrobloquna məşhur türkiyəli pianoçu Fazil Say yerləşdirib. İtin səhnəyə çıxması izləyicilər tərəfindən gülüş və alqışlarla qarşılanıb. Virtualaz.org