Sosial şəbəkədə biz:

Türkiyə hərbçiləri terrorçu PKK-nın 93 silahlısını zərərsizləşdirib

07 July 2017, 11:21
Gündəm
Türkiyə Silahlı Qüvvələrinin iyunun 29-dan iyulun 6-dək, bir həftə ərzində keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın 93 silahlısı məhv edilib. “Report” Haber7-yə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlama yayıb. Zərərsizləşdirilən terrorçulardan 3-ü PKK-nın aparıcı dəstə başçılarından olub. Məlumata görə, əməliyyat nəticəsində 4 hərbçi şəhid olub, 10-u yaralanıb. Antiterror əməliyyatı nəticəsində terrorçuların sığınacaq yerləri dağıdılıb, onlara məxsus silah-sursat aşkarlanaraq, götürülüb.