Sosial şəbəkədə biz:

Yağış, şimşək və külək.. - Həftəsonu üçün hava

07 July 2017, 14:13
Gündəm
Bakıda və Abşeron yarımadasında  sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Nazirlikdən "Qafqazinfo"ya daxil olan məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 27-32, Bakıda gecə  21-23, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz  təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda  24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında İyulun 08-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gündə  Abşeron yarımadasında arabir güclənən xəzri  küləyinin  yaratdığı nisbətən sərin hava şəraiti meteohəssas  insanlar üçün əsasən əlverişlidir.