Emin yenidən “Ən seksual kişi” seçildi
Rusiyanın starhit.ru saytı “Ən seksual kişi və oyuncağı” adlı sorğu keçirib. " Azinforym.az " Oxu.Az-a istinadən xəbər verir ki, 20 məşhurun arasından siyahıda birinci yeri müğənni-bəstəkar Emin qazanıb. “Əgər motosikletlər barədə anlayışınız varsa, 35 yaşlı Eminin xoşuna gəlməkdə şansınız artar. Bu yaxınlarda onun kolleksiyasına eksklüziv U-boat Venenum motorcycle baykı əlavə edilib, modelin dizaynı üzərində keçmiş yarışçı İtalo Fontano işləyib”. “Bu modeli o bir nüsxədə özü üçün düzəltmişdi, mən isə onu mənə satmağa razı saldım. Motosikletin dəlicəsinə sürət yığmasına baxmayaraq mən risk etmirəm və qaydalara əməl edirəm”, - Emin deyir. Birinci motosikletini Emin 10 il bundan öncə alıb. “Bu, Harley Davidson idi. Onu Moskvada almışdım və mağazadan onu sürərək getdim. Növbəti – Yamaha - Bakıda aldım, onunla hətta konsertlərdə səhnəyə də çıxmışam” ” -, deyə məqalədə qeyd olunub.