Sosial şəbəkədə biz:

Türkiyədə əsl müharibə başladı - Ölən və yaralalan var

Bu gün Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında toqquşma baş verib. Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, 2 nəfər dünyasını dəyişib, daha 10 nəfər isə yaralanıb. Silah səslərinin gəldiyi yerə zirehli texnika və polis qüvvələri yeridilib. Bildirilir ki, artıq bir neçə gündür ki, Silopinin Başak və Barbaros məhəllələrində PKK-nın gənclik törəmələrinə qarşı əməliyyatlar gedir. əraziyə cəlb edilən texnika qazılmış xəndəyə düşməmək və maneələri keçmək üçün xüsusi vasitələrlə təchiz edilir. Əməliyyatların gedişi və ölənlərlə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxanalara meyitlərin və yaralıların gətirilməsi ilə bağlı məlumatlar var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol