Sosial şəbəkədə biz:

"Apple" "İphone 7"-nin təqdimatına hazırlaşır

“Apple” şirkəti "İphone 7"-nin təqdimatı ilə bağlı yeni qərar qəbul edib. Axar.az xəbər verir ki, şirkət öz məhsulunu vaxtından tez ictimaiyyətə təqdim etmək niyyətindədir. Belə ki, təqdimat üçün şirkət sentyabr ayının 9-nu gözləyir. “Apple” sentyabrın 9-da "İphone 7" modelini və yeni "İpad"ı təqdim edəcək. Təqdim olunacaq "İphone 7"-nin görünüşündə heç  bir fərq hiss olunmur, ancaq bəzi texniki parametrlər cəhətdən "İphone-6"-dan üstün olacaq. Bunlardan biri də yeni “Force Touch Technology” funksiyasıdır. Bu funksiya ekrana toxunmanın həssaslığını yoxlayacaq. Bu da o deməkdir ki, Retina ekranındakı kiçik elektrodlardan istifadə edərək, incə toxunuşla sərt toxunuş arasındakı fərqi yoxlayacaq. "İphone 7"-də əlavə su keçirməyən korpus, enerjinin uzun müddət saxlanması, yüksək keyfiyyətli qrafika, sapfir kristal ekran kimi yeniliklər də olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol