Sosial şəbəkədə biz:

Azərbaycanda görünməmiş inflyasiya

Bu ilin 7 ayında inflyasiya illik hesablamada 3,7% olub. Bu, son 30 ayda ən yüksək istehlak qiymətləri artımıdır. Dövlətstatkoma görə, ilin əvvəlindən ərzaq 2014-cü ilin yanvar-mayı ilə müqayisədə 5,8% artıb. Qeyri-ərzaq malları 2,9%, xidmətlər 1,2% bahalaşıb. Azərbaycanda mal və xidmət qiymətləri 21 fevral devalvasiyasından sonra kəskin artıb. Bir gün manat alıcılıq qabiliyyətini 34% itirib. Eyni zamanda, hökumət devalvasiya nəticəsində yaranan itkilərini azaltmaq üçün qiymətləri qaldırmaq istəyən şirkətlərə qarşı inzibati tədbirlər görüb. Azərbaycanda bu il 2-3% rəsmi inflyasiya proqnozlaşdırılıb və ilin əvvəlində elan edilən proqnoza yenidən baxılmayıb. Beynəlxalq maliyyə institutları istehlak bazarında vəziyyəti obyektiv qiymətləndirir və 8-10% inflyasiya proqnozlaşdırır. 2013-2014-cü illərdə Azərbaycanda inflyasiya 2,4% və 1,4% olub. (Turan)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol