Sosial şəbəkədə biz:

Bir azdan ev alan jurnalistlərin siyahısı açıqlanacaq

19 July 2017, 10:09
Gündəm
Bu gün Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binadan mənzil alacaq KİV əməkdaşlarının adları məlum olacaq. Azinforum.az Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bir azdan siyahını elan edəcək. Adları açıqlanacaq jurnalistlərə yeni mənzillər sabah - iyulun 20-də təqdim ediləcək. Ölkə prezidenti adından ümumilikdə KİV əməkdaşlarına 255 mənzil hədiyyə olunacaq.