Sosial şəbəkədə biz:

Türkiyə hökumətinin yeni tərkibi - Siyahı

19 July 2017, 18:12
Gündəm
Türkiyədə Nazirlər Kabinetinin tərkibi dəyişib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən  xəbər verir ki, yeni siyahını Türkiyənin Baş naziri Binəli Yıldırım prezident Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. Dəyişimə əsasən, Bəkir Bozdağ, Mehmet Şimşək, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşoğlu Baş nazirin müavini olub. Siyahıdakı digər adlar isə belədir : Ədliyyə naziri- Abdulhamit Gül Xarici İşlər naziri - Mövlud Çavuşoğlu Daxili İşlər naziri- Süleyman Soylu İqtisadiyyat naziri Nihat Zeybəkçi Ailə və Sosial Siyasət naziri- Fatma Betül Sayan Kaya Enerji və Təbii eEhtiyatlar naziri - Berat Albayrak Maliyyə naziri - Naci Ağbal Müdafiə naziri - Nurəddin Canikli Səhiyyə naziri- Əhməd Əmircan Avropa Birliyin işləri üzrə nazir- Ömər Çelik Bilim və sənaye naziri -Faruk Özlü Çalışma və sosial təminat naziri -Julidə Sarıəroğlu Ətraf Mühit və Şəhərçilik naziri -Mehmet Özhaseki Gənclik və İdman naziri Osman Aşkın Bak Qida, Kənd təsərrüfatı naziri- Əhməd Əşrəf Fakibaba Gömrük və Ticarət naziri Bülənt Tüfənkçi İnkişaf naziri –Lütfi Əlvan Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş Təhsil naziri - İsmət Yılmaz, Orman və Su İşləri naziri- Veysəl Əroğlu Rabitə və Nəqliyyat naziri- Ahmet Arslan Qeyd edək ki, ümumilikdə, 5 baş nazir müavini və nazir Nazirlər Kabinetindən çıxıb, 6 nəfərin isə vəzifəsi dəyişib.