Sosial şəbəkədə biz:

Jurnalisti döyüb, öldürən şəxslərdən bir neçəsinin kimliyi məlumdur - VİDEO

 

Döyüldükdən sonra dünyasını dəyişən jurnalist Rasim Əliyevin üzləşdiyi zorakılıq faktı müşahidə kameraları tərəfindən qeydə alınıb.
Musavat.com-un əməkdaşı xəbər verir ki, bu barədə jurnalistin atasına Səbail payon prokurorunun köməkçisi Əhməd Məmmədov deyib. Prokuror köməkçisi bildirib ki, jurnalistin döyülməsini əks etdirən videogörüntülər artıq əldə edilib.
Prokuror köməkcisi mərhum jurnalistin ailə üzvlərinə onu deyib ki, R.Əliyevi döyərək, ona ağır xəsarətlər yetirən şəxslərdən bir necəsinin kimliyi də artıq məlumdur.
Və hüquq-mühafizə orqanları hazırda həmin şəxslərin həbs olunması istiqamətində əməliyyata başlayıblar.
Musavat.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol