Sosial şəbəkədə biz:

Jurnalistlər üçün üçüncü binanın təməli qoyuldu

20 July 2017, 13:01
Gündəm
Bu gün Prezident İlham Əliyev jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməl qoyma mərasimində iştirak edib. Azinforum.az -ın verdiyi xəbərə görə, dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq. Sonra xatirə şəkilləri çəkdirilib.