Sosial şəbəkədə biz:

“Kod adı: Rey” kitabı işıq üzü görüb

23 July 2017, 10:34
Gündəm
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kəşfiyyatçının xatirələri” adlı yazıları əsasında hazırlanan “Kod adı: Rey” kitabı işıq üzü görüb. Trend-in məlumatına görə, kitabda müəllifin 2012-2013-cü illərdə qələmə aldığı xatirələri yer alıb. Xatirələr müəllifin 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördüyü hadisələrdən bəhs edir. Kitabın redaktoru tanınmış şair-publisist Səhər Əhməddir. 250 səhifəlik kitabın illüstrasiyalarının müəllifi Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı, rəssam Tərlan Eyvazovdur. Kitab yaxın günlərdə satışda olacaq. Xatırladaq ki, R.Kərimoğlu 1991-1993-cü illərdə Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin əsgəri olub. İki dəfə yaralanan R.Kərimoğlunun kəşfiyyatçı kimi çağırış kodu isə elə öz adı – “REY” olub.