Sosial şəbəkədə biz:

Paytaxtda yanan 6 mərtəbəli binanın görüntüləri - VİDEO

24 July 2017, 21:36
Gündəm
Paytaxtda 6 mərtəbəli binada yanğın baş verib. Yasamal rayonu İzmir parkının yaxınlığında yerləşən binanın dam örtüyü alışıb. Sakin: "Mən dükana çıxmışdım, xəbərim yox idi. Qayıtdım, elə bina yanırdı. Bloka buraxmırlar". Sakinlər təxliyyə ediliblər. Yanğın zamanı evlərə dəyən ziyanın miqdarı araşdırılır. Mənzilləri yanan sakinlərə müvafiq yardım göstəriləcək. Hadisənin elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi bildirilir. Dəqiq səbəb təhqiqat qrupunun araşdırmasından sonra məlum olacaq.