Dərbəndin başçısı istefa verdi
Bu il öz 2000 illik yubileyini qeyd edən Dərbəndin başçısı İmam Yaraliyev çərşənbə axşamı istefa verib. Oxu.az xəbər verir ki, bu barədə RİA Novosti-yə şəhər meriyasından bildiriblər. “Başçı istefa verib, işdən getməyinin rəsmi səbəbləri barədə günün ikinci yarısında məlumat veriləcək”, - agentliyin həmsöhbəti bildirib. Daha öncə Yaraliyevə dair cinayət işi açılmışdı, o, federal torpaqların paylanması zamanı öz səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirdi. Yanvar ayının ortasında Dərbənd meriyasında axtarış aparılıb. Məlum olduğu kimi “torpaq məsələlərinə dair sənədlər” yoxlanılıb.