Sosial şəbəkədə biz:

Putin Əliyevlə Ərdoğanı məscidə dəvət etdi

Prezident İlham Əliyevin gələn ay Rusiyaya səfəri gözlənilir. ANS PRESS-in məlumatına görə, İlham Əliyev Qurban bayramı ərəfəsində Moskvada Avropanın ən böyük məscidinin açılışına dəvət edilib. Bildirilir ki, sentyabrın 23-də baş tutacaq məscidin açılışında Rusiya prezidenti Vladimir Putin, dünyanın dini liderləri, müsəlman ölkələrin prezidentləri iştirak edəcəklər. Belə ki, Avropanın ən böyük məscidinin açılışına Azərbaycan, Türkiyə, Fələstin, İordaniya, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, İran və Özbəkistan prezidentləri dəvət edilib. Bundan başqa açılışda yüksək səviyyəli nümayəndə heyətləri də iştirak edəcək. Artıq Türkiyə, Çad, Sudan, Hindistan, ABŞ, Liviya və İraq nümayəndə heyətləri Moskvaya gələcəklərini bəyan ediblər. Məsciddə son tamamlanma işləri aparılır Böyük məscidin arxitekturasında türk rəssamlar iştirak ediblər. Burada qadın və kişilər üçün dua etməkdən ötrü ayrıca yerlər, konfrans zalları mövcuddur. Məscid müasir üslübda tikilsə də islam memarlığına riayət olunub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol