Sosial şəbəkədə biz:

Leyla Əliyeva - Ölü kəpənək

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Ölü kəpənəkadlı şeiri oxucuların ixtiyarına veririk. Çərçivəyə salınıb Bir bəzəkli kəpənək. – Qanadları çırpınmır... Ürəyindən iynəylə pərçimləyiblər onu şüşəli çərçivəyə... Ölü gözəlliyiylə bəzək verir divara... – Boş, yalqız bir otağa... Özü ölüb, gözəlliyi ölməyib... Bunu duyur hər görən. Görəsən  ağrısını varmı bir duyub-bilən?.. Aydan arı göylərdə Gün üzü görməyir o... Külək də tumarlamır ipək qanadlarını... Şüşənin arxasında eləcə donub qalır; Kədərini bir kimsə nə hiss edir, nə yanır... Bu gözəlliyi süzüb ötüb keçən insanlar həzz alır bu lövhədən – kəpənək ölüsündən... Gözəl sözlər səslənir kəpənəyin şəninə, ölü gözəlliyinə... – Yayılır boş kəlmələr xudbinlərin dilindən... Şüşənin arxasından baxırlar çırpınmayan, döyünməyən varlığa – ö ölü gözəlliyə... Düşünürəm bir anlıq: Ölüm qərarı vermək verilibmi bizlərə? Biz haçan yiyələndik o İlahi qüvvəyə.?! İynəylə bir lövhəyə sancılmış lal kəpənək, Gözəlliyinə görə... Həyətla təmənnasız... vidalaşan kəpənək... Ey ruhları, qəlbləri “sığallayan” kəpənək..! Yuxumdaydın bu gecə, Ancaq tamam başqaydın: Gözoxşayan güllərin üfüqündə qanadın... min bir rəngə çalırdı, Yanırdın... sayrışırdın. Çox böyük heyranlıqla Mən səni seyr edirdim. Həm də ki, ayağımla şüşəli çərçivəni sındırırdım, əzirdim...  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol