Sosial şəbəkədə biz:

Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü

30 July 2017, 09:03
Gündəm
Bakıda keçirilən “Jara-2017” Beynəlxalq Musiqi Festivalının 3-cü günündə Dima Bilan tamaşaçıları təəccübləndirib. Virtualaz.org-un məlumatına görə, Alla Puqaçovanın məşhur “Ne otrekayutsya lyubya” mahnısını ifa edən müğənni nömrənin sonunda hovuza düşüb. Sosial şəbəkələrdə tamaşaçılar Bilanın çıxışını “Jara-2017”nin ən yaxşı nömrəsi adlandırıblar. Qeyd edək ki, festivalda 3-cü gün Alla Puqaçovaya həsr olunub. Konsertin birinci hissəsində Rusiya estradasının ulduzları onun mahnılarını ifa ediblər. İkinci hissədə isə Primadonna özü səhnəyə çıxıb.