Sosial şəbəkədə biz:

Ermənilər Ağdamın işğal olunmuş kəndində yanğın törədiblər

11 August 2015, 21:04
Gündəm
Ermənilər Ağdamın işğal olunmuş Baş Qərvənd kəndi ərazisində yenidən yanğın törədiblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, alov Baş Qərvənd ərazi vahidliyinin Bayramlar kəndində qeydə alınıb.
Ermənilər tərəfindən dağıdılmış yaşayış məntəqəsinin mərkəzi hissəsində müşahidə olunan yanğın təmas xəttinə yaxın ərazilərdən görünür.