Sosial şəbəkədə biz:

Ötən il əlillik statusu alanlardan 20 faizi gənclərdir

01 August 2017, 23:11
Gündəm
Ötən il ölkədə 15-29 yaşlı gənclərin hər 100 000 nəfərindən 1 nəfərinə alkoqolizm diaqnozu, 22 nəfərə isə narkomaniya və toksikomaniya diaqnozu verilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əlillik statusu alan 41,9 min nəfərdən 20,8 faizini 14-29 yaşlı gənclər təşkil edib. Gənclərin əlilliyinə səbəb olan əsas xəstəliklər arasında sinir sistemi, göz xəstəlikləri, travma, zəhərlənmələr və qan dövranı sisteminin xəstəlikləri üstünlük təşkil edir.