Sosial şəbəkədə biz:

Analoqu olmayan cinayət: ata nəvazişi üstündə bıçaqlanma olayı

Bakıda maraqlı bıcaqlanma hadisəsi baş verib. 
Avropa.info xəbər verir ki,  Astara rayon sakini Yaqubov Rauf 11.08.2015 tarixində qayını Feyziyev İlham tərəfindən sol baldırından 6 bıçaq zərbəsi ilə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbi isə çox maraqlıdır. Belə ki,  8 il bundan əvvəl Raufun övladı dünyaya gəlib. Həmin zaman  Raufun övladına nəvaziş göstərməsi, onun beşiyini yelləməsi İlham tərəfindən lağla qarşılanırmış. İlham Raufa  "sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən" deyirmiş.
İllər ötür, Raufun qaynı İham evlənir və onun da bir övladı dünyaya gəlir. İlhamda eynən yeznəsi kimi övladına nəvaziş göstərir, körpənin  beşiyini yelləyirmiş. Bunu görən Rauf 8 il əvvəl ona deyilən sözü unutmayıb və qaynına qaytarır. "Sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən." 
Bu sözdən sonra yeznə - qayın bir neçə dəfə görüşür, amma aralarında heç bir münaqişə, söz söhbət olmur. Avqustun 11-də  isə  telefonla danışan yeznə-qayının  arasında  mubahisə yaranır və görüş təyin edirlər. "Elmlər Akademiyası" metrostansiyası ətrafında görüşürlər və qayın yeznəsini sol baldırından 6 bıçaq zərbəsi vurur. Yeznəsini bıçaqla vurduqdan sonra isə hadisə yerini tərk edir.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol