Sosial şəbəkədə biz:

"Amnesty İnternational": "Jurnalistlərin qatilləri cəzasız qalır"

“Hökumətin jurnalist Rasim Əliyevin ölümünün araşdırılmasını şəxsi nəzarətə götürülməsi barədəki vədləri çətin ki, real ədalət mühakiməsinə gətirib çıxarsın”.
Bu barədə "Amnesty İnternational" hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
“Uzun müddətdir ki, Azərbaycan jurnalistləri təqib və Rasimin ölümü kimi dəhşətli hücumların obyektlərinə çevriliblər. Qərəzsiz təhqiqat barədə inandırmalara baxmayaraq bu qətllərdə günahı olanlar cəzasız qalır” - deyə təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.
"Azərbaycanda ifadə azadlığı “can verir”. Odur ki, nə qədər ki bu azadlıq tam bitməyib, hakimiyyət jurnalistləri qorumaq üçün dərhal və effektiv tədbirlər görməlidir” - N.Nozadze bildirib ("Turan").
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol