Sosial şəbəkədə biz:

Azərbaycana xəyanət edən məşhur erməni öldü – Təcili

Ermənistanın məşhur politoloqu Levon Melik Şahnazaryan vəfat edib.   Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan mətbuatı yayıb.   Mətbuatın məlumatına görə, Şahnazaryan uzun sürən xəstəlikdən sonra ölüb.   Qeyd edək ki, Levon Melik Şahnazaryan 1958-ci ildə Gəncədə anadan olub. O, Qarabağ müharibəsi dövründə erməni separatçıları içərisində ən fəallardan hesab edilirdi. Belə ki Şahnazaryan 1988-ci ildə məşhur “Miatsum” (Mənası "birləşmə" deməkdir. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tuturdu. Rəhbəri Robert Köçəryan idi – red.) hərəkatı rəhbərinin müavini vəzifəsini tutmuşdu. Bundan başqa, politoloq 1988-ci ildə Gəncə ermənilərinin Azərbaycana qarşı fəaliyyətinə də rəhbərlik etmişdi.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol