Sosial şəbəkədə biz:

Jurnalisti həkimlər öldürüb - Fəzail Ağamalı

Jurnalist Rasim Əliyevin əməliyyatını aparan həkim daşımış olduğu məsuliyyətinə görə, qanun qarşısında cavab verməlidir.   Bunu Trend-ə açıqlamasında Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü, millət vəkili Fəzail Ağamalı deyib. R.Əliyevin xəstəxanada verdiyi müsahibə zamanı normal vəziyyətdə olduğunu xatırladan deputat hesab edir ki, həkimlər daha peşəkar və diqqətli olsaydılar, mərhumu xilas etmək mümkün ola bilərdi: “Jurnalistin video-müsahibəsinə baxmışdım. O, çox sərbəst və səlis danışırdı. Onu ölüm gözləmirdi. Sonradan bəlli oldu ki, daxili qanaxma nəticəsində o dünyasını dəyişib. Etiraf etmək lazımdır ki, R.Əliyev ya ona baxan həkimlərin qeyri-peşəkarlığı, ya da diqqətsizliyindən həyatını itirdi. Həkimlər daha diqqətli olaraq, daha peşəkarlıq göstərərək onun həyatını xilas edə bilərdilər”. Millət vəkilinin fikrincə, R.Əliyevin ölüm işi ilə bağlı aparılan istintaqda həkim məsuliyyətsizliyi diqqətdən kənarda qalmayacaq: “Yəqin ki, həkim məsuliyyətsilziyi ayrıca bir hal kimi istintaq materiallarına əlavə olunacaq və istintaq bu hallara aydınlıq gətirəcək. Təəssüf edirəm ki, həkimlərin diqqətsizliyindən baş verən ölüm halları zamanı onlar nadir hallarda məsuliyyətə cəlb olunurlar”. Qeyd edək ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü iddia edən jurnalist avqustun 9-da xəstəxanada dünyasını dəyişib. Döyülərək ağır bədən xəsarətləri aldığını deyən jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol