Sosial şəbəkədə biz:

Mikrafonu açıq qaldı, həmkarına “debil” dedi – Diplomatik qalmaqal

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanından olan həmkarını “debil” (“gicbəsər” - red) adlandırıb. " Azinforum.az " Oxu.Az-a istinadən xəbər verir ki, Moskvada avqustun 11-də birgə görüşün nəticələrinə dair mətbuat konfransında Lavrov krallığın xarici işlər naziri Adel əl-Cübeyri dinləyərkən təhqiramiz ifadə işlədib. Sergey Lavrov mikrofonun sönük olduğunu və onun heç kimin eşitmədiyini düşünüb. Sergey Lavrovun və Adel əl-Cübeyrin görüşündə Suriya prezidenti Bəşər Əsədin taleyi həll olunurdu. Səudiyyə Ərəbistanının xarici işlər naziri Əsəd ilə bağlı məsələnin həll edildiyinə inad edir, onun Suriyanın gələcəyində yeri olmadığını bildirir. Rusiya tərəfi fərqli nöqteyi-nəzərdədir və ənənəvi olaraq Suriya liderinin maraqlarını müdafiə edir. Adel əl-Cübeyr görüşü “açıq” adlandırıb. Daha öncə Lavrov Kiyevin konstitusiyanın yaraqlılar ilə razılaşdırmaqdan imtina etməyinə qəzəblənmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol