Sosial şəbəkədə biz:

Diktator vitse-prezidenti güllələtdirdi

12 August 2015, 16:37
Gündəm
Şimali Koreyanın birinci vitse-prezidenti Çxve Yon Qon güllələnib.   Axar.az xəbər verir ki, bu barədə informasiyanı Cənubi Koreyanın “Renxap” agentliyi yayıb.   Agentliyin məlumatına görə, vitse-prezident ölkənin yürütdüyü siyasətdən narazı olduğunu dilə gətirdiyi üçün güllələnib. Onun güllələnməsi haqqında əmri şəxsən Kim Çen İn verib.   Qeyd edək ki, bundan öncə Şimali Koreyanın Müdafiə naziri Xen Yen Çxolya edam edilmişdi.