Sosial şəbəkədə biz:

AzTV-nin əməkdaşı qəzaya düşüb öldü

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı qəzaya düşərək dünyasını dəyişib. Modern.az bildirir ki, televiziyadan AzNews.az-a verilən məlumata görə, dünyasını dəyişən şəxs 24 yaşlı Nadir Köçərlidir. Televiziyanın quruluş rekvizit sexinin quruluşçu dekoratoru vəzifəsində çalışan N.Köçərli bu gün Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb. Gənc dekorator hadisə yerindəcə dünyasını dəyişib. Allah rəhmət eləsin!


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol