Sosial şəbəkədə biz:

Masallıda dəhşətli hadisə – Körpə yanaraq öldü

Dünən gecə saatlarında Masallı rayonunda dəhşətli yanğın olub. Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, hadisə rayonun Yolağac kəndində baş verib. Yalçın Abbasquliyevə məxsus ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibinin oğlu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Yanğın saat 03:50-də söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol