Deputatın obyektindən 50 minlik qızıl oğurlandı
Bakının Səbayel rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib. “Report” xəbər verir ki, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan, dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib. İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinin əməkdaşları araşdırmaları davam etdirir. Xatırladaq ki, Mərkəzi Univermağın sahibi deputat Ərəstun Cavadovdur.