Yasamalda bina yanır
Bakının Yasamal rayonunda bina yanır. Bina Bakı Dövlət Universitetinin yaxınılığında yerləşir. FHN-in qaynar xəttindən bildirilib ki, yanğın "Vital" klinikanın yerləşdiyi binada baş verib. Nazirlikdən "Trend"ə verilən məlumata görə, hazırda yanğının baş verdiyi əraziyə FHN-in yanğınsöndürən briqadası yola düşüb. Yanğının hansı səbəblərdən baş verməsi və miqyası barədə hələlik məlumat verilmir.