Məhkəmə Telman İsmayılovun şikayətini təmin etmədi
Moskvada Apelyasiya Məhkəməsi azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun təsisçisi Telman İsmayılovun birinci instansiya məhkəməsinin müflis olma barədə qərarından verdiyi apelyasiya şikayətini təmin etməyib.
T.İsmayılov apellyasiya şikayətini iyul ayının 11-də vermişdi.
Qeyd edək ki, bu il martın 9-da Moskva vilayətinin Arbitraj Məhkəməsi Telman İsmayılovun müflis elan edilməsi barədə qərar çıxarıb. (Trend)