Sosial şəbəkədə biz:

"Dellora"nın müsahibi döyüldü, maşın qarət olundu

Azərbaycanda mebel satışı ilə məşğul olan şirkətin əməkdaşı döyülüb. “Report”un xəbərinə görə, hadisə Siyəzən rayonunun Zarat qəsəbəsində baş verib. Belə ki, “Dellora” mebel mərkəzinin mühasibi Samir Cəlalov Xaçmaz rayonuna gedən zaman Siyəzən rayonu ərazisində onun “Mercedes” markalı avtomobilində nasazlıq yaranıb. Avtomobildən düşüb təmir etmək istəyən zaman naməlum şəxslər ona hücum edib xəsarət yetirərək maşında olan “Dellora” mebel mərkəzinə məxsus külli miqdarda pulu ələ keçirib hadisə yerindən qaçıblar. Yaralı Samir Cəlalov xəstəxanaya yerləşdirilib. Hazırda cinayəti törədənlərin axtarışları aparılır.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol