Sosial şəbəkədə biz:

Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il həbs verildi

13 August 2015, 17:55
Gündəm
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Virtulaaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Əmlakları müsadirə olunmaqla Leyla Yunusa 8 il 6 ay, Arif Yunusa 7 il müddətinə azadlıqdan məhrum edilib.