Sosial şəbəkədə biz:

Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu - Futbolumuzda bir ilk

09 August 2017, 13:22
Gündəm
Topaz Premyer Liqasının debütantı olan "Səbail" klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib. Qol.az-ın xəbərinə görə, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb. T.Əhmədova "Səbail"də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla klubda Müşahidə Şurasına yeni üzv seçilib. T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.