Sosial şəbəkədə biz:

Abşeronda baba və nəvəni maşın vurdu

10 August 2017, 13:06
Gündəm
Abşeronda baba və nəvəni maşın vurub. Virtualaz.org Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, avqustun 9-da saat 23 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Bakı şəhər sakini Qaib Şahverdiyev idarə etdiyi “VAZ-21214” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Zabil Cəfərovu və onun azyaşlı nəvəsi Elməddini vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.