Sosial şəbəkədə biz:

Lənkəranda evə basqın oldu, bir ailənin 4 üzvü bıçaqlandı

Lənkəranda quldurluq hadisəsi baş verib. Hadisə avqustun 13-də gecə saatlarında şəhər ərazisində qeydə alınıb. Adları hələlik açıqlanmayan şəxslər şəhər sakini. 1967-ci il təvəllüdlü Firdovsi Mirzə oğlu Əhmədovun evinə basqın edərək, ona, oğlu, 1993-cü il təvəllüdlü Qalib Əhmədzadəyə, qızı, 1995-ci il təvəllüdlü Rəmziyyə Əhmədzadəyə və yeznəsi, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Uğur Ələddin oğlu Əliyevə bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Yaralıların dördü də dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onlara həkinmlər tərəfindən zəruri tibbi yardımlar göstərilir. Faktla bağlı araşdırma aparılır (APA).


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol