Sosial şəbəkədə biz:

ABŞ Türkiyənin düşmənini peyk məlumatları ilə təmin edir

10 August 2017, 20:48
Gündəm
PKK terror təşkilatının Suriyadakı qanadı PYD-yə silah yardımı edən ABŞ terrorçuları kəşfiyyat məlumatları ilə də təmin edir. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ peykdən əldə edilən məlumatları PYD-yə çatdırır və silahlı qarşıdurmaları istədikləri kimi idarə edirlər. Terrorçular peyk məlumatlarını almaqla yanaşı, ABŞ-dan göndərilən xüsusi məsləhətçilərdən məlumatlar alırlar. Qeyd edək ki, Türkiyə PYD-ni terror təşkilatı kimi tanıyır və NATO üzrə müttəfiqi olan ABŞ-dan PYD-yə edilən silah yardımlarının dayandırılmasını istəyib. Lakin Ankaranın istəkləri nəticəsiz qalıb.