Sosial şəbəkədə biz:

Azərbaycan – San-Marino matçının biletləri satışa çıxarıldı

10 August 2017, 21:34
Gündəm
2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – San-Marino oyununun biletləri satışa çıxarılıb. AFFA-nın rəsmi saytında yerləşdirilmiş məlumata əsasən, biletləri “28 Mall” Ticarət Mərkəzində, “Bakcell” Müştəri Xidmətləri mərkəzində (metronun “Sahil” stansiyasının yaxınlığı) və "Bakcell Arena"nın kassalarında əldə etmək mümkündür. Həmçinin biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir. VIP yerlər üçün biletlərin qiyməti 25, 1-ci kateqoriya üzrə 4, 2-ci kateqoriyaya aid olanlar isə 1 manat təşkil edir. Qeyd edək ki, sentyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – San-Marino matçı saat 20:00-da başlayacaq.