Sosial şəbəkədə biz:

Jurnalistlər Bakıya gələn Rusiya gəmiləri ilə tanış olublar

14 August 2015, 14:30
Gündəm
Bu gün jurnalistlər Azərbaycan paytaxtına gələn Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri və “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisi ilə tanış olublar. APA-nın xəbərinə görə, jurnalistlərə gəmilərin texniki göstəriciləri-su basımı, gedişin maksimal surəti, hədəfi vurma üstünlükləri, zenit-raket kompleksi haqqında məlumat verilib. Bildirilib ki, bu səfərlər qarşılıqlı olaraq təşkil edilir və səfərin məqsədi dostluq, qarşılıqlı əməkdaşlığı daha da gücləndirməkdir.