Sosial şəbəkədə biz:

Arif Hacılı səfirlə görüşdü- İşıqlar söndü

Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı partiyanın mərkəzi qərargahında Böyük Britaniyanın Azərbaycanda səfiri İrfan Siddiq ilə görüşüb. PartiyadanQafqazinfo”ya verilən məlumata görə, görüşdə Azərbaycan-İngiltərə münasibətləri, Azərbaycanın Avropaya inteqrasiya məsələləri, ölkəmizdə ictimai-siyasi vəziyyət, siyasi məhbuslar problemi və  yaxınlaşan Parlament seçkiləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər belə görüş və müzakirələrin davam etdirilməsi və intensivləşdirilməsinin vacibliyini qeyd ediblər. Görüşdə Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı və partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da iştirak edib. Səfirlə görüş zamanı Müsavat qərargahında və ətraf binalarda işıq sönüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol