Sosial şəbəkədə biz:

Dənizdə batan 9 yaşlı uşağın cəsədi tapıldı

13 August 2017, 20:55
Gündəm
Avqustun 12-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə batmış, 2008-ci il təvəllüdlü Seyidov Ayaz Füzulioğlunun cəsədi bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb. “Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əməliyyat saat 16:45-də başa çatıb.