Sosial şəbəkədə biz:

ABŞ-dan iqtidara çağırış - "Leyla Yunusla həyat yoldaşını buraxın..."

ABŞ Dövlət Departamenti Leyla və Arif Yunusların barəsində məhkəm hökmünü kəskin pisləyən bəyanat yayaraq, onların azadlığa buraxılmasını tələb edib.
Strateq.az xəbər verir ki, bəyanatda  Azərbaycan məhkəməsinin hüquq müdafiəçiləri Leyla və Arif Yunusların 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarından çox narahat olduğu ifadə olunub:
Görünür, ittihamlar onların hüquq-müdafiə fəaliyyəti, regionda gərginliyi aradan qaldırmaq və inam körpüsünü yaratmaq məqsədilə sülhməramlı proqramlarda iştirakları ilə bağlıdır. Biz məhkəmə prosesində pozuntuların olması, xüsusən onların səhhəti barədə məlumatlardan narahatıq, hakimiyyəti humanitar səbəblərdən onları azadlığa buraxmağa çağırırıq.
Bu, vətəndaşların əsas  hüquq və azadlıqlarının təmin olunması üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi baxımından Azərbaycanın da marağındadır. Bu, çiçıklənən və stabil gələcəyə nail olmaq yolunda mühüm addımdır”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol