Sosial şəbəkədə biz:

Bakıda mollalar arasında dava düşdü

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində mollalar arasında əlbəyaxa dava düşüb. BAKU.WS-in məlumatına görə, hadisə qəsəbədəki "20 Yanvar” parkında baş verib. Parkda iki yaşlı kişi dincələn zaman onlara digər bir yaşlı adam da qoşulub. Söhbət zamanı məlum olub ki, kişilərdən ikisi molladır. Onların sözü isə Biləcəri qəsəbəsində düşmüş yası aparmaq üstündə çəpləşib. Ətrafdakı insanlar yaşlı kişiləri çətinliklə ayırıblar. Bir qədər sakitləşəndən sonra isə yaşlı mollalar yenidən əlbəyaxa olublar. Ətrafda olan insanlar mollaları müxtəlif istiqamətlərə apararaq vəziyyəti sabitləşdiriblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol