Sosial şəbəkədə biz:

ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğlu qətl törətdi

16 August 2017, 12:27
Gündəm
Bakıda qətl törədilib. APA-nın məlumatına görə, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində qeydə alınıb. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb. Daha iki nəfər – Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb. Hazırda hadisəni digər iştirakçılarının olub-olmaması araşdırılır. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. “AzPolitika.info”ya daxil olan məlumata görə, cinayəti törədən Amal Zülfüqarov ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovun qardaşı oğludur.