Sosial şəbəkədə biz:

Putin Əsədə dünyanın ən sürətli təyyarələrini göndərdi

16 August 2015, 13:35
Gündəm
Rusiya Suriya rejiminə 6 MİQ-31 təyyarəsi göndərib. Axar.az xəbər verir ki, təyyarələr Dəməşqdə hava limanına endirilib. Qeyd edək ki, bu təyyarələr radarlar vasitəsilə 200 kilometr əraziyə nəzarət edə bilir. MİQ-31 təyyarələri dünyada ən sürətlilərdən hesab edilir. 2007-ci ildə Rusiya Suriyaya 8 MİQ-31 təyyarəsi göndərməyi qəbul etmişdi, ancaq İsrailin təzyiqi ilə bu plan baş tutmamışdı.