Sosial şəbəkədə biz:

Sumqayıtda 2 tələbə dənizdə boğuldu - VİDEO

17 August 2017, 13:26
Gündəm
İki tələbə dənizdə batıb. ARB TV xəbər verir ki, acı hadisə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində baş verib. FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bu barədə məlumat verilib. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Hazırda axtarış işləri aparılır. Dənizdə batan şəxslər əslən Tovuz rayonundan olan iki tələbədir.