Sosial şəbəkədə biz:

Bakı-Sumqayıt yolunda “Mercedes” uçaraq restoranın həyətinə girdi

Bakı Sumqayıt yolunda ağır yol qəzası baş verib. Azvision.az verir ki, yüksək sürətlə hərəkət edən “Mercedes-Benz 190” markalı avtomobil yolda ötmə əməliyyatını edən zaman “Mazda” makalı avtomobilin ön hissəsinə dəyib. Daha sonra idarəetməni itirərək yolun kənarındakı süni təpənin üstünə çıxıb. Sürət həddi yüksək olduğunudan avtomobil süni təpənin üstündən uçaraq “Saray” restoranın həyətinə girib. Qəza zamanı ciddi xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. “Mazda” markalı avtomobilin sürücü olan qadın qəzanın təsirindən şoka düşüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol